Haci komandadan getdi

Georgi Hacı "Vitorul"da baş məşqçi vəzifəsindən ayrılıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, onun bundan sonra Rumıniya təmsilçisinin akademiyasında aşağı yaş qrupları və gənclərlə çalışacağı bildirilib.

Qeyd edək ki, G.Hacı eyni zamanda "Viitorul"un sahibidir. O, 2014-cü ildən sözügedən klubun həm də baş məşqçisi idi.