Hakim azarkeşə kəllə vurdu
Şotlandiyada keçirilən həvəskarların yarışında "Atletik" - "Qlasqo Yunayted" matçında qəribə hadisə yaşanıb.
Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyun hakimin yan xəttin yaxınlığında tamaşaçılardan birini vurması səbəbindən dayandırılıb. Görüşün sonlarında matçın hakimi kənar xəttə yaxın olan gənc tamaşaçıya başla zərbə endirib.
Oyunun 90+2-ci dəqiqədə - "Atletik"in 6:2 hesablı öndə olduğu vaxt hakimin davranışı səbəbindən başa çatmayıb. Şotlandiyalı referinin davranışı başqa bir izləyici tərəfindən videoya çəkilib və internetdə yayılıb.