Hakim Ziyeş “Qalatasaray”dan ayrıla bilər

“Qalatasaray”ın mərakeşli futbolçusu Hakim Ziyeş yanvarda klubdan ayrılacağı gözlənilir.

Sportline.az “Takvim” qəzetinə istinadən xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Okan Buruk mərakeşli futbolçunun planlarına daxil olmadığını qeyd edib.

Rəhbərlik 31 yaşlı futbolçunu 7 milyon avroya satmağa razı olduğu bildirilir.

Qeyd edək ki, H.Ziyeş bu mövsüm 5 matçda iştirak edib. Təcrübəli futbolçunun məhsuldarlıq göstəricisi yoxdur.