Hakimimiz beynəlxalq turnirdə

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Rəhim Qasımov beynəlxalq turnirə dəvət alıb.

Sportline.az Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytına istinadən xəbər verir ki, referi yaşı 20-dək olan fiziki məhdudiyyətli şahmatçılar arasında ilk dəfə təşkil olunacaq Onlayn Gənclər Kubokunda ədaləti qoruyacaq.

Turnirdə 17 milli federasiyanın nümayəndəsi iştirak edəcək. Yarış iyunun 21-də start götürəcək.