Halk dubl etdi, "Atletiko Mineyro" qələbə qazandı

Braziliya A Seriyasının 20-ci turunda "Atletiko Mineyro" "Korintians"ı qəbul edib.

Sportline.az xəbər verir ki, görüş meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Atletiko Mineyro"nun qələbə qollarını 32 və 85-ci dəqiqədə penaltindən Halk vurub.

38 yaşlı hücumçu 7 qolla bombardirlər cədvəlində üçüncü pilləyə yüksəlib.

Qeyd edək ki, "Atletiko Mineyro" 20 turdan sonra 28 xalla 9-cu pillədə qərarlaşır.