Halk klubsuz qaldı
Braziliyalı hücumçu Halk "Şanxay SİPQ"dən ayrılıb.
Sportline.az xəbər verir ki, bu barədə 34 yaşlı oyunçu özünün "İnstaqram" səhifəsində yazıb. O, Çin klubunun azarkeşləri, rəhbərliyi və oyunçulara təşəkkür edib.
Qeyd edək ki, Halk 2016-cı ildən "Şanxay SİPQ"də oynayırdı. Onun klubu ilə müqaviləsi bu ilin sonu başa çatırdı.