Handanoviç milli karyerasını bitirdi

Milanın "İnter" klubunun və Sloveniya seçməsinin qapıçısı Samir Handanoviç milli karyerasını başa vurub. SportLine.az "Tuttosport"a istinadən  xəbər verir ki, o, Ukrayna ilə oyundan sonra bu qərarı verib. Milli komandanın heyətində keçirdiyi görüşlərin onun karyerasında xüsusi əhəmiyyət kəsb etdiyini deyən Handanoviç: "Bu qərarı vermək çox çətin idi. Lakin hər şeyin bir vaxtı var", - deyə sözlərinə əlavə edib. 

Qeyd edək ki, 31 yaşlı qapıçı Sloveniya forması ilə 79 matça çıxıb.