Harri Keyn “Bavariya”da xoşbəxtdir
“Bavariya”nın ingiltərəli forvardı Harri Keyn klubda xoşbəxt olduğunu açıqlayıb.
Sportline.az jurnalist Florian Plettenberqin məlumatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu klubla yeni müqavilə imzalamaq niyyətindədir.
Təcrübəli oyunçunun Münhen klubu ilə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, H.Keyn cari mövsüm meydana çıxdığı 25 matçda 30 qol, 3 asistlə yadda qalıb.