Harri Keyn İngiltərə nəhənginin hədəfində

“Mançester Siti” “Bavariya”nın hücumçusu Harri Keynin vəziyyəti ilə bağlı məlumat almaq üçün ilkin danışıqlar aparıb.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu futbolçunun gələcəyini yaxından izləyir. Belə ki, Keynin Almaniya təmsilçisi ilə yeni müqavilə imzalayıb-imzalamayacağı hələ də qeyri-müəyyəndir.

Hazırda 33 yaşlı hücumçunun “Bavariya” ilə müqaviləsinin başa çatmasına cəmi bir il qalıb. Buna baxmayaraq, Münhen klubu onunla yeni müqavilə imzalayacağına hələ də əmindir.

Qeyd edək ki, inglis ulduz futbolçu ötən mövsüm almaniya nəhənginin heyətində çıxdığı 56 görüşdə 64 qol, 8 asistlə yadda qalıb. Transfer dəyəri 60 milyon avro təşkil edir.

Banner