Harri Keyndən karyerası ilə bağlı açıqlama
"Bavariya"nın hücumçusu Harri Keyn karyerasını Münhen klubunda davam etdirmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda ingiltərəli futbolçunun özü açıqlama verib.
"Almaniyada özümü rahat hiss edirəm. Bu addımı atmaq vacib idi. Bu, karyeramda yeni stimul oldu. Belə qərar qəbul elədiyimə görə xoşbəxtəm. Ümid edirəm ki, bu komanda ilə uğurlar qazanacağam", - deyə Keyn "Daily Mail"ə düşüncələrini bölüşüb.
Qeyd edək ki, super forvard ötən yay "Tottenhem"dən "Bavariya"ya transfer olunmuşdu.