Harri Keynin sevimli futbolçusu

"Bavariya" və İngiltərə millisinin hücumçusu Harri Keyn sevimli futbolçusunun adını açıqlayıb.

Sportline.az xəbər verir ki, o, Marca nəşrinə müsahibəsində oyununu bəyəndiyi ispaniyalı futbolçunun Serxio Buskets olduğunu bildirib: "Busketsin oyununu sevirdim. Həm gəncliyimdə, həm də indi ondan nümunə götürürəm. Karyerasında maraqlı məqamlardan biri də odur ki, o, həmişə Messi, Neymar, Xavi və İnyestanın kölgəsində qalıb. Mənim üçün Buskets tarixin ən güclü yarımmüdafiəçilərindən biridir".

Qeyd edək ki, 35 yaşlı Buskets hazırda "İnter Mayami"nin şərəfini qoruyur.