Harri Keynin yeni klubu bilindi

“Bavariya” “Tottenhem”ə Harri Keyn üçün 100 milyon avrodan yüksək məbləğ təklif edib.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, komandalar arasında razılıq əldə olunub.

Yekun qərarı isə futbolçu özü verəcək. Almaniya klubunun bu transfer üçün “Tottenhem”ə 100 milyon avrodan çox ödəyəcəyi bildirilir.

Qeyd edək ki, Harri Keyn ötən mövsüm “Tottenhem”in heyətində meydana çıxdığı 49 oyunda 32 qol, 5 asist müəllifi olub.