Harri Maquayr etiraf etdi

Son vaxtlar ciddi tənqidlərlə üzləşən Harri Maquayr "Mançester Yunayted"dən ayrılmamasının səbəbini açıqlayıb.

Sportline.az xəbər verir ki, təcrübəli müdafiəçi bu kluba bağlı olduğunu BBC-yə müsahibəsində etiraf edib.

"Ötən il heyətə düşməkdə çətinlik çəkdim. Əvvəlcə xəstələndim, ardınca iki dəfə zədələndim. Buna görə məşqçiyə özümü sübut edə bilmədim. Bu komandada oynamaqdan zövq alıram. Ona görə də qalmağı və heyətdə yerimi təmin etmək üçün mübarizə aparmağı üstün tutdum", - deyə Maquayr Mançesterdə qalma səbəbini izah edib.

Qeyd edək ki, 30 yaşlı futbolçunun klubla 2025-ci ilədək müqaviləsi var.