Hazard: "ABŞ prezidenti olmaq istəyərdim"

"Real"ın futbolçusu Eden Hazard ABŞ prezidenti Co Baydenin yerində olmaq istəyir.

Sportline.az "Daily Mail"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə öz açıqlamasında deyib. Hazard bildirib:

“Planetdə başqa hansı insanla yerimi dəyişmək istəyərdim? Co Bayden ilə. Ən azı beş dəqiqə onun yerində olmaq - Amerika Birləşmiş Ştatlarının prezidenti olmaq istəyərəm. Vau! Eden Hazard ABŞ prezidentidir. Gözəl səslənir, elə deyilmi? Ağ Ev və mən ofisdə siqaret çəkərək əyləşmişəm".

Xatırladaq ki, Eden Hazard “Real”adək “Çelsi” və “Lill”də çıxış edib. O, bu mövsüm o, Madrid təmsilçisinin heyətində bütün yarışlarda 15 oyuna çıxıb. Belçikalı oyunçu ötən gün yığmadakı karyerasını başa vurduğunu açıqlayıb.