Həbib bu dəfə amerikalı ilə döyüşəcək

Yüngül çəki dərəcəsində UFC versiyası üzrə son çempion Həbib Nurməhəmmədov sözügedən təşkilatla yeni müqavilə imzalayıb.

Sportline.az ESPN nəşrinə istinadən xəbər verir ki, bu barədə idmançının meneceri Əli Əbdül-Əziz məlumat verib. O, sözləşmənin detalları barədə açıqlama verməsə də, Həbibin bir neçə döyüş keçirəcəyini istisna etməyib.

Rusiyalı döyüşçünün sentyabr ayının 7-də qarşılaşacağı rəqibi də müəyyənləşib. Bu, ABŞ-dan olan idmançı Dastin Puaryedir. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçiriləcək.

Bundan başqa, yeni müqavilədə Həbibin orta çəki dərəcəsində UFC versiyası üzrə keçmiş çempion, bu ilin fevral ayında karyerasını başa vurduğunu açıqlayan Jorj Sen-Pyerlə mümkün döyüşünün şərtləri də qeyd olunub.