Həftəsonu Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək
Həftəsonu həndbol üzrə Azərbaycan çempionatlarında növbəti oyunlar keçiriləcək.
Sportline.az xəbər verir ki, aprelin 12-də final mərhələsinin I-IV yerlər uğrunda mübarizəsində 3 qarşılaşma olacaq. Saat 13:00-da “AHF Arena”nın meydançasına qadınlardan ibarət “İdman Akademiyası” və “Kür” komandaları çıxacaqlar.
15:00-da keçiriləcək “Qarabağ” - “Azəryol” oyunu daha böyük maraqla gözlənilir. İlk iki pillədə qərarlaşan rəqiblərin görüşü AHF-nin “You Tube” və “Facebook” səhifələrində canlı yayımlanacaq.
Saat 17:00-da isə kişilərin çempionatında “Bakı” - “Kür” matçının startı veriləcək. Liderlərin oyunu AHF-nin “You Tube” və “Facebook” səhifələrində canlı yayımlanacaq.
Aprelin 13-də kişi həndbolçuların çempionatında daha 2 oyun keçiriləcək. Əvvəlcə I-IV yerlər uğrunda mübarizə aparan “Qarabağ” “Azəryol”la qarşılaşacaq. “AHF Arena”da təşkil olunacaq görüş 12:00-da başlanacaq.
Saat 16:00-da isə V-VI yerlər uğrunda yarışan “Dinamo” və “Təhsil” komandaları üz-üzə gələcək.