Hakimlərimiz Avrokubok matçında
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Ernest və Emil Ağakişi qardaşları Avropa Həndbol Federasiyası tərəfindən avrokubok oyununa təyinat alıblar.
Sportline.az xəbər verir ki, onlar qadınlar arasında Avropa Kubokunun 1/8 final mərhələsinin matçında ədaləti qoruyacaqlar.
Bu, Şimali Makedoniyanın “Jorçe Petrov” və Çexiyanın “Hazena Kinzvart” komandaları arasında keçiriləcək görüşə təsadüf edəcək.
Qarşılaşma yanvarın 13-də Skopye şəhərindəki “Avtokomanda” İdman Zalında təşkil olunacaq.