Həndbol hakimlərimiz Avrokubok oyununda
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest Ağakişi ilə Emil Ağakişi daha bir təyinat alıb.
Sportline.az-a AHF-dən verilən məlumata görə, təcrübəli referilər bu dəfə kişi həndbolçuların EHF Avropa Liqası turnirində ədalət təmsilçisi olacaqlar.
Ağakişi qardaşları yarışın qrup mərhələsində Serbiyanın “Voyvodina” və Şimali Makedoniyanın “Alkaloid” komandalarının görüşünü idarə edəcəklər.
Qarşılaşma noyabrın 28-də Novı Sad şəhərinin “Sportska hala Slana Bara” arenasında təşkil olunacaq.