Həndbol millimiz yarışa qələbə ilə başlayıb
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında ilk matçına çıxıb.
Sportline.az xəbər verir ki, milli yerli OKMK klubu ilə üz-üzə gəlib.
Qarşılaşma komandamızın 30:28 (18:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır.
Komandamız A qrupunda Qazaxıstanın ALMATA REGİON və Özbəkistanın ROPSTTM kollektivləri ilə də qarşılaşacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər.