Həndbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olub

Kişi həndbolçular arasında Azərbaycan Kubokunda finalçılar müəyyənləşib.

Sportline.az Azərbaycan Həndbol Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarımfinalda "Azəryol" komandası "Dinamo" ilə, "Bakı" isə "Qarabağ"la üz-üzə gəlib.

"AHF Arena"da keçirilən görüşlərdə "Azəryol" "Dinamo" üzərində 45:28 hesablı qələbə qazanıb. "Bakı" isə "Qarabağ"ı məğlub edib - 34:28.

Beləliklə, finalda "Bakı" və "Azəryol" komandaları qarşılaşacaq. Həlledici oyun mayın 30-da keçiriləcək.