Hərbi vəziyyət millimizin oyununa təsir edəcəkmi?
Dağlıq Qarabağda baş verən hadisələr UEFA Millətlər Liqasının təqviminə təsir etməyəcək.
Sportline.az xəbər verir ki, bunu qitə futbol qurumu Rusiyanın news.ru saytının sorğusuna əsasən açıqlayıb.
Qitənin ali futbol qurumu bildirib ki, hərbi vəziyyətə baxmayaraq, Azərbaycan və Ermənistan seçmələrinin oktyabr ayında keçiriləcək Millətlər Liqası görüşləri öncədən planlaşdırıldığı şəkildə oynanılacaq: “UEFA vəziyyəti diqqətlə izləyir və qarşıdakı bütün oyunların qrafika uyğun keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, Ermənistan oktyabrın 11-i evdə Gürcüstanla, Azərbaycan isə oktyabrın 13-u Bakıda Kiprlə qarşılaşacaq.