Həyat yoldaşı məşhur futbolçunu evdən qovub
"Mançester Siti"nin müdafiəçisi Kayl Uoker həyat yoldaşı Enni Kilner tərəfindən evdən qovulub.
Sportline.az xəbər verir ki, hadisə 5 ay bundan əvvəl yaşanıb.
Bu haqda Daily Mail nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, cütlük arasındakı müntəzəm mübahisələrdən sonra Kilner Uokeri 3 milyon dollar dəyərindəki malikanələrinə buraxmayıb.
33 yaşlı futbolçunun hazırda Mançesterin mərkəzindəki mənzilində yaşadığı deyilir.
Qeyd edək ki, sözügedən cütlük 2010-cu ildən bir yerdə idi.
Onların Roman, Rian və Reyn adlı övladları var.