Hidayət Heydərov mübarizəyə başlayır
Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turniri davam edir.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır.
Hidayət Heydərov (73 kq) 1/16 finalda Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, Nurlan Osmanov (73 kq) 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə görüşəcək.
Səid Mollayi (81 kq) 1/16 finalda Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya) duelinin qalibi ilə, Zelim Tçkayev (81 kq) Nikola Qardaşeviçlə (Monteneqro) güləşəcək.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan 8 təmsilçisindən heç biri medal qazana bilməyib.