Hidayət Heydərov mübarizəyə başlayır
Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.
Sportline.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç cüdoçusu yarışda mübarizəyə başlayacaq.
Ötən il qitə çempionu olan Hidayət Heydərov (73 kq) titulunu qorumağa çalışacaq. O, 1/16 finalda Abdul Malik Umayevlə (Belçika),
Rəşid Məmmədəliyev (73 kq) 1/32 finalda Turpal Coukayevlə (Finlandiya) üz-üzə gələcək.
Zelim Tçkayev (81 kq) isə 1/32 finalda Oskari Makinenin (Finlandiya) müqavimətini qırmağa çalışacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın 5 cüdoçusu ötən gün medal qazana bilməyib.