"Hoffenhaym"dan "Brayton"a

"Hoffenhaym"ın futbolçusu Bazoumana Toure karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Brayton" 20 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədir.

Bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Toure cari mövsüm meydana çıxdığı 32 matçda 5 qol, 12 asistlə yadda qalıb.