Holand fanatlarına xoş xəbər
Erlinq Holand yenidən fanatlarını sevindirəcək.
Sportline.az xəbər verir ki, norveçli forvard zədəsini sağaldaraq yenidən yaşıl meydana qayıdır.
Bu haqda "Mançester Siti"nin rəsmi səhifəsi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, istedadlı hücumçu bir aylıq fasilədən sonra komandanın məşqlərinə qatılıb.
Ayağındən xəsarət alan futbolçu dekabr ayından məşqlərdən kənarda qalmışdı.
Qeyd edək ki, 2022-ci ildən "Mançester Siti"nin formasını geyinən Holandın transfer dəyəri 180 milyon avrodur.