Holand "Mançester Siti"ni tərk edə bilər

"Mançester Siti"nin futbolçusu Erlinq Holand "Mançester Siti"ni başqa kluba dəyişə bilər.

Sportline.az xəbər verir ki, bunun üçün mançesterlilərə 100 milyon avro ödənilməlidir.

"Football Espana"nın yaydığı məlumata görə, Madrid "Real"ı və İngiltərənin bir neçə klubu norveçli forvardın xidmətində maraqlıdır.

Mənbənin bildirdiyinə görə Holandın Madridə yollanması daha real görünür.

Çünki, "Mançester Siti" Holandı Premyer Liqanın digər klublarına minimum 200 min avroya satmağa hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, 23 yaşlı forvard bu mövsüm meydana çıxdığı 15 oyunda 14 qol və 4 asist müəllifidir.