Holand yeni rekorda imza atdı

"Mançester Siti"nin hücumçusu Erlinq Holand daha bir rekorda imza atıb.

Sportline.az xəbər verir ki, norveçli futbolçu bu dəqiqələrdə keçirilən "Mançester Siti" - "Liverpul" matçında hesabı açmaqla İngiltərə Premyer Liqasındakı qol sayını 50-ə çatdırıb.

Holand bu göstəriciyə mançesterlilərin heyətindəki 48-ci oyununda imza atıb.

Bu isə İngiltərə Premyer Liqasında rekord göstəricidir.