Holanddan maraqlı açıqlama
"Adətən məni topa az toxunduğuma görə tənqid edirlər. Oun ərzində cəmi bir neçə dəfə topa toxuna bilərəm. Sadəcə gəzir, dayanır və öz dünyamda var-gəl eləyirəm..."
Sportline.az xəbər verir ki, bunu The Telegraph nəşrinə müsahibəsində "Mançester Siti"nin forvardı Erlinq Holand deyib.
Bombardirliyinin sirri haqqında sualı cavablandıran norveçli hücumçu özünü zombi də adlandırıb.
"Bunu izah etmək çətindir. Mən öz bədənimdən çıxıram və zombiyə çevrilirəm. Sanki, ətrafa baxıb, məqam gözləyirəm. İmkan düşən kimi anlayıram ki, hazır olmalıyam", - deyə Holand bildirib.