Erlinq Holannı cəza gözləyir

"Mançester Siti"nin hücumçusu Erlinq Holannı İngiltərə Futbol Assosiasiyası tərəfindən cəza gözləyir.

Sportline.az Daily Star-a istinadla xəbər verir ki, norveçli futbolçu "Tottenhem"lə oyunda (3-3) hakim Saymon Huperi tənqid etdiyinə görə cəzalandırıla bilər.

Holann hakimin əlavə olunan dəqiqələrdə verdiyi qərardan hiddətlənmişdi.

Xatırladaq ki, əvvəlcə qayda pozuntusuna üstünlük işarəsi ilə davam deyən Huper Qrilişin təkbətək çıxdığını gördükdən sonra fitini səsləndirmişdi.

Oyun bitdikdən sonra məsələyə aydınlıq gətrimək istəyən Holann mübahisəyə görə sarı vərəqə alıb.