Holandın son durumu bilindi

İngiltərə çempionluğu uğrunda mübarizə aparan "Mançester Siti" aprelin 25-də "Brayton"la qarşılaşacaq.

Sportline.az xəbər verir ki, mançesterlilər bu oyuna itkilərlə çıxacaqlar.

Baş məşqçi Xosep Qvardiola klubun saytına açıqlamasında Erlinq Holandın oyuna hazır olmadığını bildirib. 

Digər zədəlilər Fil Fodenlə Con Stounz isə çalışdırıcının ixtiyarında olacaq.

Qeyd edək ki, "Siti" 73 xalla yarış cədvəlinin 3-cü pilləsindədir.