Hollandiya çempionatında terror təhlükəsi

"Erediviziya"da bu həftəsonu keçiriləcək görüşlərdə təhlükəsizlik tədbirləri gücləndiriləcək. SportLine.az goal.com-a istinadən xəbər verir ki, artıq "Ayaks", "Feyenoord" və ADO Den Haaq klubları oyunların baş tutacağı stadionlarda əlavə təhlükəsizlik tədbirləri görəcəklərini bildiriblər. "Ayaks" rəhbərliyi isə növbəti turda "Kambur"la oynanılacaq matçdan əvvəl stadiona gələcək azarkeşlərin yoxlanılacaqlarını açıqlayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Parisdə baş verən silsilə terror hadisələrindən sonra Belçika - İspaniya və Almaniya - Hollandiya yoldaşlıq görüşləri də təxirə salınmışdı.