Hondadan çempionluq paylaşımı

"Neftçi"nin futbolçusu Keysuke Honda Azərbaycan çempionu olmaları ilə bağlı özünün "İnstaqram" səhifəsində paylaşım edib.

Sportline.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi mükafatlandırma mərasimindən şəkil paylaşıb və bütün "Neftçi"dəki bütün şəxsləri təbrik edib:

"Neftçi"dəki bütün insanları təbrik edirəm. Mənə bu, böyük təcrübəni qazandırdığınız üçün təşəkkürümü bildirərəm".