Rasmus Hoylund İngiltərədə
"Atalanta"nın forvardı Rasmus Hoylund "Mançester Yunayted"ə transferi rəsmiləşdirmək üçün İngiltərədədir.
Sportline.az "TuttoMercatoWeb"ə istinadla xəbər verir ki, 20 yaşlı danimarkalı tibbi müayinədək keçdikdən sonra mançesterlilərlə müqavilə bağlayacaq.
Bu transferin "qırmızı şeytanlar"a 70 milyon avroya başa gələcəyi bildirilir.
Qeyd edək ki, 2022-ci ildən "Atalanta"nın formasını geyinən Hoylund son mövsümdə rəqib qapılarından 10 top keçirib.