Höylund "Vest Hem"ə keçə bilər

"Mançester Yunayted"in danimarkalı futbolçusu Rasmus Höylund klubdan ayrılacaq.

Sportline.az jurnalist Frezer Fletçerin məlumatına istinadən xəbər verir ki, "Vest Hem Yunayted" R.Höylund üçün qarşı tərəfə 40 milyon avro təklif edib.

"Mançester Yunayted" bu təklifə müsbət cavab verib.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2023-cü ilin yayında "Atalanta"dan "Mançester Yunayted"ə 74 milyon avro qarşılığında transfer olunmuşdu.

Höylund bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda rəqib qapılarından 7 top keçirib.

Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.