Hoylund "Mançester Yunayted"də 9 nömrəli formanı götürüb

"Mançester Yunayted"in hücumçusu Rasmus Hoylundun forma nömrəsi dəyişdirilib.

Sportline.az İngiltərə klubunun rəsmi hesabına istinadla xəbər verir ki, danimarkalı futbolçu yeni mövsümdə 9 nömrəli forma ilə çıxış edəcək.

21 yaşlı futbolçu 2023-cü ildə "Atalanta"dan 73.9 milyon avro qarşılığında heyətə cəlb olunub. 

Qeyd edək ki, hücumçu ötən mövsüm "qırmızı-şeytanlar"ın heyətində  43 oyun keçirib və aktivinə 16 qol, 2 asist yazdırıb.