I Divizion: "Qaradağ Lökbatan" çempion!
I Divizionda XXII tura yekun vurulub.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha 3 qarşılaşma baş tutub.
"Qarabağ-2" MOİK-lə heç-heçəyə razılaşıb. "Kəpəz" "Səbail-2"ni əliboş yola salıb.
Lider "Qaradağ Lökbatan "Zaqatala"nı 2 cavabsız qolla məğlub edərək, çempionluğunu rəsmiləşdirib. Komanda sona 4 tur qalmış ən yaxın izləyicisi "Şamaxı-2"ni 15 xal üstələyir.
I Divizion
XXII tur
18 aprel
"Neftçi-2" - "Turan Tovuz" - 3:0
Qollar: Xəqani Sadıxov, 19, Seymur Əliyev, 55, Mirabdulla Abbasov, 90+3
"Qəbələ-2" - "Sabah-2" - 1:1
Qollar: Hüseyn Mürsəlov, 45+3 - Kamran Quliyev, 88 (pen.)
"Sumqayıt-2" - "Zirə-2" - 2:1
Qollar: İbrahim Əliyev, 29, Nəbi Məmmədov, 63 - Məhəmməd Səfərov, 8
19 aprel
"Qarabağ-2" - MOİK - 0:0
"Qaradağ Lökbatan" - "Zaqatala" - 2:0
Qollar: Sabir Allahquliyev, 5, 27
Qırmızı vərəqə: Sərxan Abdullayev, 64 ("Qaradağ Lökbatan")
"Kəpəz" - "Səbail-2" - 2:1
Qollar: Bəhruz Teymurov, 20, Cavad Kərimov, 55 - Elvin Sərkərov, 12 (pen.)
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||