İbrahimoviç heyətdən kənarda qaldı
Xeyli müddətdir zədə səbəbindən "Milan"a kömək edə bilməyən Zlatan İbrahimov Çempionlar Liqası üçün klubun sifariş ərizəsində də yer almayıb.
Sportline.az xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabrizio Romano öz Tvitter səhifəsində məlumat yayıb. O, 41 yaşlı hücumçunun fevralın 14-də "Tottenhem"lə keçiriləcək 1/8 final oyununda iştirak edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, İssveçli hücumçu dizindən əməliyyat olunduğu üçün bu mövsüm meydana çıxmayıb. Onun fevral ayında sıraya dönməsi gözlənilirdi.