İdmançılarımız Bolqarıstanda 1 qızıl və 1 bürünc medal qazandılar

Bolqarıstanın Plovdiv şəhərində parataekvondo üzrə Avropa çempionatına yekun vurulub.

SportLine.az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının 5 üzvündən 2-si medal qazanıb. K44-də 58 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçu Aynur Məmmədova qızıl medal əldə edib. Nicat Müslümov ( K-43, 75 kq) isə yarımfinalda məğlub olaraq çempionatı bürünc medalla başa vurub. İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov isə yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb və medalsız qalıb.

Qeyd edək ki, "Kolodruma" İdman Sarayında keçirilmiş G4 kateqoriyalı yarışın qalibləri aktivlərinə 40 reytinq xalı əlavə ediblər.