İdmançımız Avropa çempionatının finalında uduzdu

Estoniyanın Tallin şəhərində keçirilən kiçik yaşlı yeniyetmə, yeniyetmə və 21 yaşadək taekvondoçular arasında Avropa birinciliyində iki təmsilçimiz medal qazanıb.

Sportline.az xəbər verir ki, yeniyetmələrin yarışında Hüseyn Xudiyev (65 kq) Kosovo və Belarus idmançılarına qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Ukrayna təmsilçisinə məğlub olan taekvondoçumuz yarışın gümüş medalını boynundan asıb.

Yeniyetmə qızların mübarizəsində isə Zəhra İsayeva (29 kq) fərqlənib. İlk mərhələdə serbiyalı idmançıya qalib gələn idmançımız yarımfinalda macarıstalı rəqibinə məğlub olaraq qitə birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, Avropa çempionatına avqustun 27-də yekun vurulacaq.