İdmançımız Avropa çempionu oldu

Estoniyanın Tallin şəhərində təşkil olunan taekvondo üzrə uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında Avropa çempionatında Azərbaycan təmsilçiləri daha iki medal qazanıb.

Sportline.az xəbər verir ki, yeniyetmələrin yarışında Məhəmməd Həsənli (37 kq) Bolqarıstan, Rusiya, İspaniya və Serbiya taekvondoçularını üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onun komanda yoldaşı İlyas Hətəmli isə Serbiya və İspaniyadan olan rəqiblərinə qalib gəlsə də, yarımfinalda ukraynalı idmançıya uduzaraq bürünc medalla kifayətlənib. 

Bununla da Azərbaycan idmançılarının yarışdan qazandığı mükafatların sayı dördə çatıb. Yeniyetmələrdən ibarət milli komandamızın digər üzvlərindən Hüseyn Xudiyev (65 kq) qitə birinciliyini gümüş, Zəhra İsayeva (29 kq) bürünc medalla başa vurub.

Qeyd edək ki, Avropa çempionatına avqustun 27-də yekun vurulacaq.