İdmançımız finalda uduzdu

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında final görüşünə çıxıb.

Sportline.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda Rusiyanı təmsil edən Maksim Hramtsovla üz-üzə gəlib.

Əsas vaxt 12:12 hesabı ilə bitib. Rəqibinə əlavə vaxtda 0:3 hesabı uduzan Hərçəqani gümüş medal qazanıb.