İkardi karyerasını ölkəsində davam etdirə bilər
“Qalatasaray”ın argentinalı futbolçusu Mauro İkardi klubdan ayrıla bilər.
Sportline.az “ESPN” nəşrinə istinadən xəbər verir ki, “River Pleyt” klubu 31 yaşlı futbolçu üçün “Qalatasaray”a 25 milyon avro ödəməyə hazır olduğu bildirilir.
“Qalatasaray” rəhbərliyi bu təklifə müsbət yanaşmır.
Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”da çıxış etdiyi 86 matçda 61 qol və 22 assitlə yadda qalıb.