İki ukraynalı futbolçu Rusiya klubundan ayrıldı

Rusiya "Torpedo"sunun ukraynalı futbolçuları Andrey Kravçuk və Aleksandr Kaplienko klubdan ayrılıblar. 

Sportline.az xəbər verir ki, bu barədə Moskva təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sözügedən oynuçularla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, Kravçuk və Kaplienko ötən ilin əvvəlindən "Torpedo"da oynayırdılar. 

Banner