"İli başa vurmağın ən yaxşı yolu!"

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 20-ci turunda "Bernli"yə 3:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Sportline.az xəbər verir ki, o,bir qol vurduğu matçdan sonra  "İnstaqram" hesabında yazıb: "İli başa vurmağın ən yaxşı yolu! Böyük qələbə!"

Qeyd edək ki, Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 21 oyun keçirib, 14 qol vurub və 3 qolun ötürməsini verib.