İliçiç "Atalanta"dan ayrıldı

"Atalanta" Yosip İliçiçlə yollarını ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sloveniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 34 yaşlı futbolçu 2017-ci ildən "Atalanta"da çıxış edirdi. O,  “Maribor”, “Palermo", "Fionetina"da da oynayıb.