İlin ən yaxşı futbolçusu açıqlandı

İl sona yaxınlaşdıqca müxtəlif qurumlar tərəfindən ən yaxşıların adları açıqlanmaqdadır.

Sportline.az xəbər verir ki, Ingiltərənin "The Guardian" nəşri də 2023-ci ilin ən yaxşı futbolçuları təqdim edib.

Siyahının lideri "Mançester Siti"nin hücumçusu Erlinq Holanndır.

Bu mövsüm mükəmməl çıxışı ilə diqqətləri özünə cəlb etməyi bacaran Cud Bellingem ikinci sıradadır.

İlk üçlükdə həmçinin PSJ ilə yolları ayırmağa hazırlaşan Kilian Mbappe qərarlaşıb.