İlin ən yaxşı qadın futbolçusu açıqlanıb
2022-ci ildə dünyanın ən yaxşı qadın futbolçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən, bu ada İspaniyanın "Barselona" klubunun kapitanı Aleksiya Putelyas layiq görülüb.
28 yaşlı yarımmüdafiəçi 155 xalla digər rəqiblərini böyük fərqlə qabaqlayıb.
İngiltərə "Arsenal"ından Bet Mid 55 xalla ikinci, Fransa "Lion"undan Bendi Renar 30 xalla üçüncü olub.