İlin son təyinatları açıqlandı

Futzal üzrə Yüksək Liqada XIV turun oyunlarına təyinatlar açıqlanıb. SportLine.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, 2018-ci ilin son turunun qarşılaşmalarının hakimləri və hakim-inspektorları bəlli olub.

Son turda Azər Əsgərov, Hikmət Qafarlı və Anar Fərəcov baş hakim olacaq. Əsgərov lidelər – “Araz”la EKOL-un görüşündə ədaləti qoruyacaq.

Yüksək Liqa

XIV tur 

19 dekabr

14:30. “Araz” – EKOL

Olimpik Star. Hakimlər: Azər Əsgərov, Azad Hüseynov, Elman Musayev

16:30. “Neftçi” İK – “Yasamal” FK

Olimpik Star. Hakimlər: Hikmət Qafarlı, Rahin Heybətov, Mehman Mahmudov

18:30. “Liman” – “Xəzər Cənub”

Olimpik Star. Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Vaqif Musayev