İlkin Muradov: "İlk üçlüyə düşmək üçün mübarizə aparacağıq"

"Mövsümün birinci yarısındakı nəticələri normal sayıram".

Bunu Sportline.az saytına açıqlamasında "Zirə"nin yarımmüdafiəçisi İlkin Muradov bildirib.

O, turnir cədvəlində ilk üçlük üçün mübarizə aparacaqlarını bildirib: "Daha yaxşı ola bilərdi. İlk turlarda komanda olaraq istədiyimiz futbolu tam sərgiləyə bilmədik. Son 8-9 oyundur ki, artıq yüksəlişdəyik. Artıq 1-ci tur deyil ki, səhvlərimizi düzəldə bilək. Minimum səhv, maksimum nəticə ilə oynamalıyıq ki, avrokuboklara yollana bilək. Bildiyiniz kimi, artıq kubokdan kənarda qalmışıq. Çempionatda isə 3-cü yerdən o qədər də uzaq deyilik. Bundan sonrakı oyunlardan maksimum xal toplayıb ilk üçlüyə düşmək üçün mübarizə aparacağıq".

Banner